Ukrayna dronlarının Rusiyaya kütləvi hücumu | VİDEO

Ukrayna dronlarının Rusiyaya kütləvi hücumu    | VİDEO
  25 Mart 2026    Oxunub:1917
Martın 24-dən 25-nə keçən gecə təxminən 400 zərbə dronu Rusiyanın bölgələrinə hücum edib.
AzVision.az xəbər verir ki, monitorinq resurslarının məlumatına görə, Ust-Luqa limanında Rusiyanın ən böyük neft terminalı yanır. Rusiya bu terminaldan xarici bazarlara neft məhsullarının tədarükü üçün istifadə edir.

Leninqrad vilayətinin Vıborq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) ofisindən cəmi 30 metr aralıda bir binaya ziyan dəyib. Hadisə yerində böyük yanğın yaşanır.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   dronlar  



Xəbər lenti